Azərbaycanda COVID-19-dan sağalanların sayı artıb
Azərbaycanda sutka ərzində koronavirusa yoluxmuş 144 nəfər sağalıb
Avq 31, 2020 17:31 Asia/Baku
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınıb, 144 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Səhər Azəri bildirir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Azərbacyan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah həmçinin bildirib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 36435 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 33847 nəfər müalicə olunaraq sağalıb, 534 nəfər vəfat edib, aktiv xəstə sayı 2054 nəfərdir.
Həmçinin, son sutka ərzində 5042, hazırkı dövrədək isə 922069 test aparılıb.