Sen 02, 2020 20:50 Asia/Baku
  • Azərbaycan Respublikasında 154 nəfər koronavirusa yoluxdu, 139 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 154 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 36 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 116 nəfər müalicə olunaraq sağalıb, 538 nəfər vəfat edib, aktiv xəstə sayı 2078 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 730, ötən müddət ərzində isə ümumilikdə 935 396 test aparılıb.

Teqlər