Sen 04, 2020 22:31 Asia/Baku
  • Rusiyadan Azərbaycan Respublikasına gələn 33 nəfərdə COVID-19 aşkarlandı

Yeni növ koronavirus pandemiyası səbəbindən xaeici ölkələrdə, o cümlədən Azərbaycan Respublikası ilə qonşu olan ölkələrdə qalmış azərbaycanlıların qaytarılması istiqamətində tədbirlər davam etdirilir.

SəhərAzəri deyerler-ə istinadla xəbər verir, Azərbaycan Respublikasının Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) mediaya verilən məlumata görə, quru sərhədi ilə Azərbaycana qayıtmaq məqsədilə çoxlu sayda insanlar Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisinə gedir.
Həftəlik əsasda Rusiya Federasiyasının rəsmi orqanları ilə razılaşdırılmış qaydada və xüsusi plana uyğun olaraq Azərbaycan vətəndaşları Samur sərhəd-keçid məntəqəsindən bu Respublika ərazisinə keçidi həyata keçirilir.
Sərhədi keçən bütün insanlardan TƏBİB tərəfindən koronavirus testi üçün nümunə götürülür və karantin məntəqələrinə yerləşdirilirlər.
Qeyd olunur ki, avqustun sonuncu həftəsində Rusiyadan quru sərhədi ilə Azərbaycana təxliyə olunmuş insanlardan götürülən testlər nəticəsində 33 nəfərdə COVID-19 infeksiyası aşkar olunub. Əvvəlki aylarda həyata keçirilən təxliyələr zamanı testləri pozitiv çıxan insanların sayı cüzi olsa da, qeyd edilən həftədə kəskin artım müşahidə olunub. Bu, istər Rusiyanın müxtəlif bölgələrindən Dağıstana gedən, istərsə də orada toplanma məntəqələrində təxliyə gözləyən bəzi insanların sanitar-epidemioloji tələblər və təhlükəsizlik qaydalarına riayət etməməsinin nəticəsində baş verir.

Teqlər