Sen 10, 2020 19:13 Asia/Baku
  • Azərbaycan Respublikasında koronavirusa 142 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 150 nəfər isə bu virusdan sağalıb,

SəhərAzəri yerli mənbələrə istinadla xəbər verir ki, Azərbaycan Respublikasında koronavirus infeksiyasına  142 yeni yoluxma faktı qeydə alınıb, daha 150 nəfər bu virusdan müalicə olunaraq, sağalıb,

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək bu ölkədə 37 min 874 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 35 min 269 nəfər müalicə olunaraq sağalıb, 556 nəfər vəfat edib. Aktiv xəstə sayı 2049 nəfərdir.

Ötən müddət ərzində 988 min 268 test aparılıb. Bugünkü test sayı isə 7290-dır.

Teqlər