Azərbaycan MN: Ermənistan atəşkəsi pozub
https://azeri.sahartv.ir/news/azərbaycan-i367198-azərbaycan_mn_ermənistan_atəşkəsi_pozub
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 31 dəfə pozub
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 13, 2020 05:06 Asia/Baku
  • Azərbaycan MN: Ermənistan atəşkəsi pozub

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 31 dəfə pozub

Səhər Azəri bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 

Müdafiə Nazirliyinin məlumatına əsasən, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən istifadə etməklə sutka ərzində atəşkəs rejimini 31 dəfə pozub.

Azərbaycan MN-dən verilən xəbərə görə, Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Həmçinin, Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan silahlı qüvvələrinin mövqeləri atəşə tutulub.