Koronavirus infeksiyasına yoluxan 177 nəfər sağalıb - Azərbaycanda
https://azeri.sahartv.ir/news/azərbaycan-i367482-koronavirus_infeksiyasına_yoluxan_177_nəfər_sağalıb_azərbaycanda
Azərbaycanda son sutkada 148 nəfər koronavirusa yoluxdu, 177 nəfər sağaldı, 2 nəfər vəfat etdi
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 19, 2020 13:15 Asia/Baku
  • Koronavirus infeksiyasına yoluxan 177 nəfər sağalıb - Azərbaycanda

Azərbaycanda son sutkada 148 nəfər koronavirusa yoluxdu, 177 nəfər sağaldı, 2 nəfər vəfat etdi

Səhər Azəri bildirir ki, bu barədə Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargah həmçinin bildirib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39 042 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 601 nəfər müalicə olunaraq sağalıb, 574 nəfər vəfat edib, aktiv xəstə sayı 1 867 nəfərdir.

Azərbaycanda son sutka ərzində 6 722, ümumilikdə isə 1 047 906 test aparılıb.