Sen 25, 2020 15:45 Asia/Baku
  • Azərbaycanda 101 nəfər koronavirusa yoluxdu, 137 nəfər sağaldı

Azərbaycanda 101 nəfər koronavirusa yoluxdu, 137 nəfər sağaldı, 2 nəfər vəfat etdi

Səhər Azəri bildirir ki, Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 101 nəfər yoluxma, 137 sağalma faktı qeydə alınıb.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Məlumata əsasən İndiyədək ölkədə ümumilikdə 39 787 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 392 nəfər müalicə olunaraq sağalıb, 583 nəfər vəfat edib, aktiv xəstə sayı 1 812 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 705, bu günə qədər isə ümumilikdə 1 087 578 test icra olunub.

Teqlər