İlham Əliyev: “Mən bu yaxınlarda BMT kürsüsündən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır”
https://azeri.sahartv.ir/news/azərbaycan-i367751-İlham_Əliyev_mən_bu_yaxınlarda_bmt_kürsüsündən_demişdim_ki_ermənistan_yeni_müharibəyə_hazırlaşır
“Mən iyul təxribatlarından sonra demişdim ki, Ermənistanın bu acı məğlubiyyəti onlar üçün dərs olmalıdır ”.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 27, 2020 10:55 Asia/Baku
  • İlham Əliyev: “Mən bu yaxınlarda BMT kürsüsündən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır”

“Mən iyul təxribatlarından sonra demişdim ki, Ermənistanın bu acı məğlubiyyəti onlar üçün dərs olmalıdır ”.

SəhərAzəri xəbər verir, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqına müraciətində bildirib.

Azərbaycan  Dövlət başçısı deyib ki, avqust ayında Ermənistan növbəti hərbi təxribata əl atdı: “Bu dəfə Azərbaycana diversiya qrupu göndərmişdi. Diversiya qrupunun başçısı Azərbaycan hərbçiləri təRəfindən saxlanılmışdı və hazırda ifadələr verir. Bu ifadələrdə açıq-aydın göstərilir ki, bu planlaşdırılmış, təxribatçı diversiya qrupu Azərbaycana, mülki əhaliyə və hərbçilərimİzə qarşı terror aktları törətmək üçün gəlmişdi. Növbəti hərbi təxribat bu gün Ermənistan tərəfindən törədildi. Qeyd etdiyim kimi, onlar bu dəfə də öz cəzasını alıb və alacaqlar”.