Azərbaycan Respublikası və Ermənistanın sərhəd bölgələrində döyüşlər davam edir
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi dünən gecə və bu gün Ermənistan və Azərbaycan Respublikasının müxtəlif sərhəd bölgələrində döyüşlərin davam etdiyini bildirib.
SəhərAzəri xəbər verir, Nazirlik bu gün, Dağlıq Qarabağ bölgəsindəki toqquşmaların beşinci günündə/ dünən gecə Ermənistanın bu bölgələrdəki hərbi sursat və məntəqələrinin məhv edilməsi barədəki görüntüləri yayaraq bildiribdir ki, Ermənistan qüvvələrinin bu bölgələrdəki mövqeləri ağır texnika, o sıradan artilleriya ilə atəşə tutulub və həmin ölkənin hərbi məntəqələrindən bir neçəsi məhv edilibdir.
Bu məlumata görə, Ermənistan qüvvələri də dünən axşam, gecə və bu gün səhər sərhəd Tərtər şəhərinin yaşayış və mülki məntəqələrini artilleriya atəşinə tutublar. Nəticədə Tərtərdə bir Azərbaycan Respublikası vətəndaşı həyatını itirib. Ermənistan qüvvələrinin Azərbaycan Respublikasının Tərtər və Ağdam rayonlarına qarşı hücumları davam edir.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həmçinin dörd gün gedən döyüşlərdə Ermənistanın hərbi və döyüş texnikasının məhv edilməsinə işarə ilə bildiribdir ki, bu müddətdə Ermənistanın 200-dək tankı və digər zirehli texnikası; 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri və minaatanları; 30 ədəd hava hücumundan müdafiə vasitələri; 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi; 5 silah-sursat anbarı; 110-dan artıq avtomobil texnikası və 1 ədəd “S-300” zenit-raket kompleksi tam şəkildə məhv edilibdir.