Azərbaycan Respublikasında koronaya yoluxanların sayı 41 mini keçib
https://azeri.sahartv.ir/news/azərbaycan-i368102-azərbaycan_respublikasında_koronaya_yoluxanların_sayı_41_mini_keçib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 182 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 07, 2020 17:42 Asia/Baku
  • Azərbaycan Respublikasında koronaya yoluxanların sayı 41 mini keçib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 182 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SəhərAzəri xəbər verir, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 41 113 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 38 858 nəfər müalicə olunaraq sağalıb, 602 nəfər vəfat edib, aktiv xəstə sayı 1 653 nəfərdir.

Image Caption