Okt 07, 2020 22:38 Asia/Baku
  • Əliyev İranın Dağlıq Qarabağ münaqişəsinə yanaşmasını yüksək qiymətləndirib

Azərbaycan Prezidenti İran İslam Respublikasının Dağlıq Qarabağ münaqişəsinə münasibətini ədalətli adlandırıb.

SəhərAzəri xəbər verir, Azərbaycan Prezidenti İlham Əliyev deyib: İran İslam Respublikasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeləri ədalətlidir.
Əliyev CNN Türkiyə-yə verdiyi müsahibədə bildirib, İran İslam Respublikasının rəsmiləri Azərbaycan Respublikasının hüquqlarını dəstəkləyiblər. 
Əliyev əlavə edib: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son açıqlamalarında İran rəsmiləri Azərbaycan Respublikasının ərazilərinin işğalına son qoyulmasını vurğulayiblar.
Azərbaycan Prezidenti bildirib: İran rəsmiləri, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməli olduğunu və müharibə qaçqınlarının öz evlərinə qayıtmalarının lazım olduğunun söyləmələri də ədalətli bir mövqedir.

Teqlər