Azərbaycan Respublikasının Müdafiə Nazirliyi:
Erməni qüvvələrin yüksək rütbəli zabitləri öldürüldü; Xankəndidə hərbi hissə vuruldu
Oktyabrın səkkizi günün ikinci yarısından başlayaraq doqquzu səhərədək və gecə ərzində bütün cəbhə boyu gərgin döyüşlər davam edib.
SəhərAzəri xəbər verir, Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası ordusunun bölmələri mühüm istiqamətlərdə erməni qüvvələrinə atəş zərbələri endirərək, onların hərəkət fəaliyyətlərini tam məhdudlaşdırıb və aktivliklərinin qarşısını qətiyyətlə alıblar.
Görülən tədbirlər nəticəsində erməni qoşunları arasında idarəetmə və qarşılıqlı əlaqə itib, onların bölmələri arasında nizamsızlıq yaranıb, şəxsi heyətinin intizamı pozulub, döyüş mövqelərinin tərk edilməsi kütləvi hal alıb.
Dünən həyata keçirilən hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikası ordusunun atəş zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin beşinci dağatıcı alayının qərargah binası dağıdılıb.
Nəticədə, binada olan onuncu dağatıcı diviziyanın qərargah rəisi polkovnik Samvel Qriqoryan ağır yaralanıb, alayın artilleriya rəisi, polkovnik-leytenant Arman Dermeyan və xeyli sayda hərbi qulluqçu öldürülüb.
Azərbaycan Respublikası ordusunun Xankəndi şəhərinə endirdiyi atəş zərbələrindən ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələrinin burada yerləşən hərbi hissələrinin şəxsi heyəti təxliyyə edilir. Xankəndidə yerləşən hərbi hissələrdən birinin sığınacağına endirilən artilleriya atəşi nəticəsində xeyli sayda hərbi qulluqçu öldürülüb və yaralanıb.
Dünən gün ərzində və ötən gecə ümumilikdə erməni qüvvələrinin on üç ədəd«Tİ-yetmiş iki» tankı, iki ədəd PDM-i, dörd ədəd BM-iyirmi bir “Qrad” yaylım atəşli reaktiv sistemi, iki ədəd «iki ES üç» “Akasiya” özüyeriyən artilleriya qurğusu, üç ədəd DE-otuz haubitsa topu, iki ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası dəqiq atəşlə məhv edilib və sıradan çıxarılıb.
Cəbhənin istiqamətlərindən birində həyata keçirilən əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin qırx doqquzuncu tank briqadasına məxsus altı ədəd «Tİ-yetmiş iki» tankı tam işlək vəziyyətdə ələ keçirilib.