Okt 10, 2020 17:55 Asia/Baku
  • Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə məktub göndəriblər.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə məktub göndəriblər.niz

SəhərAzəri - 525-ci qəzetə istinadən xəbər verir: Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə məktub göndəriblər.niz. Məktubda deyilir:

"Zati-aliləri,

Azərbaycan Respublikasının ərazisi olan Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələri tərəfindən başlanılan və gərginliyin artmasına, eləcə də insanların həlak olmasına səbəb olan bu münaqişəni kədər hissi ilə izləyirik.

Biz, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, insanların həlak olması ilə əlaqədar başsağlığı verir və yaranmış vəziyyətlə əlaqədar dərin narahatlığımızı bildiririk. BMT Təhlükəsizlik Şurasının 30 il əvvəl qəbul etdiyi qətnamələrə baxmayaraq, heç nə dəyişməyib. 1994-cü ildə Ermənistan və Azərbaycan arasında atəşkəs müqaviləsi imzalansa da, Azərbaycan vətəndaşları, o cümlədən qadınlar və uşaqlar hələ də erməni təcavüzünün qurbanı olurlar. Azərbaycanın mülki vətəndaşlarına və mülki hədəflərinə qarşı həyata keçirilən bu hücumlar beynəlxalq humanitar hüququn və insan haqlarının kobud şəkildə pozulmasıdır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri mərkəzin katibliyi ilə birlikdə bu problemi bütün maraqlı tərəflərin diqqətinə çatdırmaq məqsədilə fəal şəkildə işləyir, müzakirələr və onlayn diskussiyalar təşkil edir, məqalələr yayır, müsahibələr verirlər.

Sizin rəhbərliyiniz, eləcə də Vayra Vike-Freyberqa və İsmayıl Serageldinin həmsədrliyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq liderlik rolunu öz üzərinə götürməsinə görə minnətdarlığımızı qəbul etməyinizi xahiş edirik. Biz beynəlxalq təşkilat olaraq öz fəaliyyətimizdə Sizin davamlı dəstəyinizə ümid edirik.

Teqlər