Ermənistanın Gəncəni atəşə tutması beynəlxalq medianın da diqqətini cəlb edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i368246-ermənistanın_gəncəni_atəşə_tutması_beynəlxalq_medianın_da_diqqətini_cəlb_edib
Beynəlxalq media qurumlarının nümayəndələri Gəncədə ermənilərin raket zərbəsi endirdiyi ərazidə olublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 11, 2020 10:03 Asia/Baku
  • Ermənistanın Gəncəni atəşə tutması beynəlxalq medianın da diqqətini cəlb edib

Beynəlxalq media qurumlarının nümayəndələri Gəncədə ermənilərin raket zərbəsi endirdiyi ərazidə olublar.

SəhərAzəri Baki mənbələrinə istinadən xəbər verir,BBC, “Əl-Cəzirə”, “France 24”, Türkiyənin NTV, TRT Haber, CNN-Türk və digər transmilli media orqanlarının nümayəndələri ermənilərin raket atəşinin törətdiyi faciə və fəsadlarla yerində tanış olmaq üçün bu gün Gəncədə olublar.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02.00 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutub. 

Son məlumata görə, raket zərbəsi nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, onlarla insan yaralanıb, dağıntılar altında qalanların olduğu bildirilir.