Okt 12, 2020 14:03 Asia/Baku

“Oktyabrın 11-dən 12-ə keçən gecə bütün cəbhə boyu vəziyyət gərgin sabit qalıb”.

SəhərAzəri Baki mediyalarina istinadən xəbər verir, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Müdafiə Nazirliyi bildirib ki: “Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində bir neçə dəfə kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib.
Həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd T-72 tankı, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Məlumata əsasən canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 246-cı alayın tabor komandiri polkovnik-leytenant Artur Qriqoryan da var”.
Müdafiə Nazirliyi bu gün səhər geyd edib: “Goranboy, Tərtər və Ağdam rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur”.

Teqlər