Okt 16, 2020 14:57 Asia/Baku

Hikmət Hacıyev: "Əvvəlcə Ermənistan qüvvələri getməli və məcburi köçkünlərin geri qayıtmasına imkan verməlidir. Yalnız bundan sonra biz ayrıcı qüvvələr barədə danışa bilərik".

SəhərAzəri Baki mediyalarina istinadən xəbər verir, bunu İspaniyanın "El Mundo" nəşrinə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hacıyev qeyd edib: "Gəlin aydınlaşdıraq. Azərbaycan əməliyyatı digər ölkənin ərazisində aparmır, onun suverenliyi altında olan ərazidə aparır və biz düşünmürük ki, hazırda bu hərbçilərin göndərilməsi mümkündür. Hazırda onlara ehtiyac yoxdur... Əvvəlcə Ermənistan qüvvələri getməli və məcburi köçkünlərin geri qayıtmasına imkan verməlidir. Yalnız bundan sonra biz ayrıcı qüvvələr barədə danışa bilərik. Hələlik bu barədə danışmaq tezdir".

Azərbaycan tərəfinin atmağa hazır olduğu addımlardan danışan Hacıyev, rəsmi Bakının heç vaxt "Azərbaycan sərhədləri daxilində Dağlıq Qarabağa özünüidarəetmə hüququnun verilməsini istisna etmədiyini" bildirib.
 

Teqlər