Azərbaycan Respublikası: "İran regionda sülh və sabitliyin tərəfdarıdır"
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi İran İslam Respublikası hökumətinin regionda sülhün bərqərar olunmasına öz töhfəsini verdiyini, sabitlik və təhlüksəizliyin təmin olunmasını dəstəklədiyini vurğulayıb.
SəhərAzəri xəbər verir, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi cümə günü bir bəyanatda, İran İslam Respublikasının dost və qardaş ölkə kimi daima Ermənistanın Azərbaycana qarşı təcavüzünü pislədiyini, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü, ərazilərinin işğaldan azad edilməsini və müvafiq BMT TŞ qətnamələrinin yerinə yetirilməsini dəstəklədiyini bəyan edərək, İran dövlətinin rəsmi şəkildə bəyan edilmiş siyasətini yüksək dəyərləndirib.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də cümə günü İranın öz hava sahəsini və quru yollarını Ermənistana silahların daşınması üçün qapatdığını bəyan edərək, İran İslam Respublikasına təşəkkürünü bildirib.
Bu yaxınlarda İranın xarici işlər naziri Məhəmmd Cavad Zərif Azərbaycan Respublikası və Ermənistanın xarici işlər nazirləri ilə ayrı-ayrı telefon danışığında, İran İslam Respublikasının atəşkəsin bərqərar edilməsi, danışıqların başlanması və tərəflər arasında sülh və sakitliyin yaranması üçün bütün imkanlarından istifadə etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, İran İslam Respublikası bütün beynəlxalq forumlarda hər zaman Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyibdir.