"Ermənistan yeni atəşkəs rejiminə əməl etmir"
https://azeri.sahartv.ir/news/azərbaycan-i368537-ermənistan_yeni_atəşkəs_rejiminə_əməl_etmir
"Oktyabrın 18-də saat 00.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud surətdə pozub".
(last modified 2024-06-22T21:55:02+00:00 )
Okt 18, 2020 06:04 Asia/Baku

"Oktyabrın 18-də saat 00.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud surətdə pozub".

SəhərAzəri APA-ya istinadla xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Respublikası Müdafiə Nazirliyi yayıb.

Ermənistan Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutub. Şəxsi heyət arasında itki yoxdur. Azərbaycan tərəfindən adekvat cavab tədbirləri görülüb.

Qoşunlar bütün cəbhə boyu əlverişli hədd, əhəmiyyətli yüksəklik və mövqelərdə müvafiq fəaliyyətlər həyata keçirir.Müdafiə Nazirliyi bildirib.