Bayramov və Borrel Qarabağ münaqişəsini araşdırıblar
Azərbaycan Respublikasının xarici işlər naziri və Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi dünən bir telefon söhbətində münaqişəli Qarabağ bölgəsindəki son durumu nəzərdən keçiriblər.
SəhərAzəri xəbər verir, Ceyhun Bayramov bu telefon söhbətində Ermənistanı münaqişəli Qarabağ bölgəsində iki ölkə arasında əldə olunmuş ikinci humanitar atəşkəsi pozmaqda ittiham edib.
Bayramov deyib: Atəşkəsin elan olunmasına rəğmən, Ermənistan qüvvələri Qarabağda Cəbrayıl rayonu, eləcə də iki ölkə sərhədində yerləşən Gədəbəy və Tovuz rayonları istiqamətlərində Azərbaycan Respublikası ordusunun mövqelərinə hücum ediblər.
Cozep Borrel də Avropa Birliyi sözçüsünün erməni qüvvələrin Gəncə şəhərinə qarşı raket hücumu barədəki bəyanatına işarə ilə, bu şəhərdəki infrastrukturlara, binalara və mülki şəxslərə qarşı hücumları qəbuledilməz adlandırıbdır.
O, tərəflər arasında əldə olunmuş atəşkəsə riayət edilməsi və bu münaqişənin həlli üçün əsaslı müzakirələrin başlanması vacibliyini vurğulayıb.
Ermənistan qüvvələrinin Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncə şəhərinə qarşı raket hücumları nəticəsində indiyədək 22 nəfər ölüb, 74 nəfər isə yaralanıbdır.