Okt 21, 2020 01:00 Asia/Baku
  • Ermənistan hərbi texnikaları və canlı qüvvəsi məhv edilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib ki, Qubadlı istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun artilleriya bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin bölmələri məhv edilib.

SəhərAzəri APA-ya istinadla xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib: "Oktyabrın 20-də saat 17:00 radələrində Ermənistan ordusu tərəfindən Goranboy və Tərtər rayonlarının ərazisi raket-artilleriya atəşinə tutulub.

Oktyabrın 20-də axşam saatlarında Gəncə istiqamətində, Ermənistan silahlı qüvvələrinə məxsus PUA Hava Hücumundan, Azərbaycan Müdafiə bölmələri tərəfindən məhv edilib. Və saat 19.30 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndi üzərində Ermənistan silahlı qüvvələrinə məxsus daha bir PUA Hava Hücumundan, Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Qubadlı istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun artilleriya bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin bölmələri məhv edilib". 

Teqlər