Azərbaycanın işğaldan azad edilən rayonlarında elektrik enerjisi infrastrukturunun qurulmasına başlanılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i368689-azərbaycanın_işğaldan_azad_edilən_rayonlarında_elektrik_enerjisi_infrastrukturunun_qurulmasına_başlanılıb
Azərbaycanın işğaldan azad edilən rayonlarında elektrik enerjisi infrastrukturunun qurulmasına başlanılıb
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 21, 2020 10:35 Asia/Baku
  • Azərbaycanın işğaldan azad edilən rayonlarında elektrik enerjisi infrastrukturunun qurulmasına başlanılıb

Azərbaycanın işğaldan azad edilən rayonlarında elektrik enerjisi infrastrukturunun qurulmasına başlanılıb

 SəhərAzəri APA-ya istinadla xəbər verir ki, ASC-dən verilən məlumata görə,“Azərenerji” ASC Azərbaycanın işğaldan azad edilən və ediləcək rayonlarında yeni 110 kVt-lıq sistem əhəmiyyətli yarımstansiyaların tikilməsi və quraşdırılması, ikidövrəli yüksək gərginlikli 110 kV-luq elektrik xətlərinin çəkilməsi ilə bağlı layihələndirmə işini tamamlamaqdadır.

ilkin olaraq Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının hər birində 110 kVt-lıq sistem əhəmiyyətli 4 yarımstansiyanın tikilməsi və onların arasında 110 kV-luq elektrik xətlərinin çəkilməsi nəzərdə tutulub.