Okt 21, 2020 19:00 Asia/Baku
  • Azərbaycan Prezidentinin köməkçisi Paşinyanın “münaqişənin diplomatik həlli yoxdur” açıqlamasına münasibət bildirib

"Ermənistan Baş nazirinin “münaqişənin diplomatik həlli yoxdur” deyə açıqlaması növbəti dəfə onu nümayiş etdirir ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində tamamilə maraqlı deyil".

SəhərAzəri APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyevin sözlərinə görə, Ermənistan rəhbərliyi bu açıqlama ilə özü etiraf edir ki, Ermənistanın məqsədi Azərbaycanın işğal olunmuş ərazilərini işğal altında saxlamaqdır: “Bununla, rəsmi İrəvanın münaqişənin danışıqlar yolu ilə həlli barədə açıqlamalarının riyakarlıqdan başqa bir şey olmadığı bir daha öz təsdiqini tapmış olur.

Ermənistanın Baş naziri məsuliyyətsiz şəkildə və öz siyasi ambisiyaları naminə bütün mülki hakimiyyət orqanlarını, mülki insanları total silahlanmaya çağıraraq hərbi əməliyyatlara sövq edir. Ermənistanın bu rəsmi mövqeyi humanitar atəşkəs rejiminin kimin tərəfindən pozulmasını sübut edir və regionda vəziyyətin daha da gərginləşməsinə xidmət edir".    

 

Teqlər