Okt 23, 2020 15:28 Asia/Baku
  • Azərbaycanda koronavirusla bağlı vəziyyət kritikdir

Azərbaycanda koronavirus infeksiyasına 803 yoluxma faktı qeydə alınıb; daha 212 nəfər sağalıb.

SəhərAzəri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata istinadla xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək bu ölkəmdə 48 min 221 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 831 nəfər müalicə olunaraq sağalıb, 656 nəfər vəfat edib. Aktiv xəstə sayı 6734 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 270 min 144 test aparılıb. Bugünkü test sayı isə 9951-dir.

Qeyd edək ki, TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev Azərbaycan Respublikasında koronavirusla bağlı vəziyyətın hazırda kritik olduğunu bildirib. Onun sözlərinə görə, ötən gün 800-dən çox yoluxma qeydə alınıb, bu gün və ya sabah yoluxmanın nə qədər olacağı bəlli deyil, amma görünən odur ki, artan istiqamətdə davam edir.

 "Azərbaycan hazırda müharibə vəziyyətindədir, hər kəsin diqqəti ön cəbhəyə yönəlib; Təbii ki, bunlar anlaşılandır, ancaq indi arxa cəbhədəki koronavirusu unutmuşuq, buna adi düşmən kimi baxırıq, diqqətimiz əvvəlki qaydada deyil. Bu baxımdan kütləvi toplanmalar olur. Düşünürəm ki, mövcud vəziyyət belə davam edərsə, karantin rejiminin şərtləri də təkrar gözdən keçirilməlidir”, -deyə  Vasif Əliyev qeyd edib.

Teqlər