Azərbaycan Prezidenti:
"Bizi ittiham etmək istəyənlərə təklif edirəm ki, əvvəl özlərinə baxsınlar"
Okt 27, 2020 17:02 Asia/Baku
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İtaliyanın Rai-1 televiziya kanalına müsahibəsində deyib.
SəhərAzəri APA-ya istinadla xəbər verir, Azərbaycan Prezidenti əlavə edib: "Mən bu suala bir neçə dəfə cavab vermişəm, bir də cavab verərəm. Əvvələn, bizə bu cür əsassız ittihamları cəmi iki ölkə təqdim edib – Fransa və Rusiya. Fransa Prezidentin şəxsində, Rusiya isə Xarici Kəşfiyyat İdarəsinin rəhbərinin şəxsində".