Azərbaycan Respublikası xalqının amerikan restoranlara etirazı
Azərbaycan Respublikasında «Makdonald» və «Berger Kinq» restoranlarınıh Qarabağ münaqişəsilə bağlı son mövqeləri bu ölkə xalqının müxtəlif təbəqələrinin kəskin reaksiyasına səbəb olubdur.
SəhərAzəri xəbər verir, bu reaksiya Amerikanın «Makdonald» və «Berger Kinq» zəncirvari restoranlarınıh saytlarından Qarabağ münaqişəsində Azərbaycan Respublikasına dəstək şəkillərinin götürülməsinə etiraz olaraq göstərilibdir.
Belə bir halda, Azərbaycan Respublikası Milli Məclisinin bəzi üzvləri, bu ölkənin mediaları və sosial şəbəkələrin istifadəçiləri bildiriblər ki, həmin restoranlar erməni lobbisinin təzyiqi altındadırlar və onlardan heç bir şey alınmamalıdır.
Azərbaycan Respublikası İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov bu haqda belə deyib: Ölkədə fəaliyyət göstərən bütün şirkətlər Azərbaycan Respublikasının maraqlarını nəzərə almalıdırlar.
Hal-hazırda «Makdonald» və «Berger Kinq» restoranları Azərbaycan Respublikasının bəzi iri şəhərlərində, o sıradan, Bakı, Sumqayıt və Gəncədə fəaliyyət göstərirlər.