Azərbaycan Respublikası və Ermənistan orduları arasında döyüşlər davam edir
https://azeri.sahartv.ir/news/azərbaycan-i369197-azərbaycan_respublikası_və_ermənistan_orduları_arasında_döyüşlər_davam_edir
Ötən sutka ərzində Azərbaycan Respublikası və Ermənistan qüvvələrinin münaqişəli Qarabağ bölgəsində gedən döyüşləri davam edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 04, 2020 09:33 Asia/Baku
  • Azərbaycan Respublikası və Ermənistan orduları arasında döyüşlər davam edir

Ötən sutka ərzində Azərbaycan Respublikası və Ermənistan qüvvələrinin münaqişəli Qarabağ bölgəsində gedən döyüşləri davam edib.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına görə, keçən sutka ərzində Tərtər, Zəngilan, Xocavənd, Ağdam və Qubadlı istiqamətlərində döyüşlər davam edib və Azərbaycan Respublikası ordusu Ermənistanın hücumlarına cavab veribdir.

Bu məlumata görə, həmin döyüşlərdə çox sayda erməni qüvvəsi ölüb və yaralanıb. Həmçinin Ermənistan qüvvələrinin iki tankı, üç topu, bir zenit-raket sistemi, bir PUA-sı və üç hərbi yük avtomobili məhv edilibdir.

Azərbaycan Respublikası ilə Ermənistan arasında münaqişəli Qarabağ bölgəsində gedən döyüşlər sentyabrın 27-dən başlanıb və iki ölkə arasında bir neçə dəfə atəşkəs razılaşması əldə olunsa da atəşkəs bir neçə dəfə pozulubdur.