Azərbaycanın daha 7 kəndi işğaldan azad edilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i369208-azərbaycanın_daha_7_kəndi_işğaldan_azad_edilib
Azərbaycan Respublikasının daha 7 kəndi işğaldan azad edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 04, 2020 15:12 Asia/Baku
  • Azərbaycanın daha 7 kəndi işğaldan azad edilib

Azərbaycan Respublikasının daha 7 kəndi işğaldan azad edilib.

SəhərAzəri Apa-ya istinadla xəbər verir ki, bu barədə Azərbaycan Respublikası prezidenti İlham Əliyev “Twitter” hesabında paylaşım edərək, bildirib.

“Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”, - deyə o, qeyd edib.