ABŞ-da Baydenin prezident seçilməsi Azərbaycanın xeyrinə olmayacaq-Brayza
ABŞ-ın Bakıdakı keçmiş səfiri bəyan edib ki, Co Baydenin prezident seçilməsi Azərbaycan və Türkiyə üçün yaxşı heç nə vəd etmir.
SəhərAzəri xəbər verir, Metyu Brayza deyib: "keçmiş vitse-prezident Co Bayden prezident seçilsə, Azərbaycan və Türkiyəyə qarşı çox da dostyana mövqe sərgiləməyəcək."
ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri olmuş Brayzanın sözlərinə görə, Bayden son bir neçə il ərzində Türkiyə və prezident Rəcəb Təyyib Ərdoğanın əleyhinə çıxışları ilə yadda qalıb. Dağlıq Qarabağ müharibəsi ərəfəsində verdiyi açıqlamaları zamanı Bayden Türkiyə və Azərbaycanı dəstəkləməyib. Maraqlıdır ki, o, bunu edərkən Azərbaycanın sadəcə BMT-nin TŞ-nin 4 qətnaməsindən irəli gələn müddəaları həyata keçirərək, öz ərazi bütövlüyünü bərpa etdiyini yaddan çıxarmışdı.