Azərbaycan Respublikası ilə Ermənistan arasında sərhəd döyüşləri davam edir
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildiribdir ki, Erfmənistanın qüvvələri dünən gecədən bu gün səhərədək bu ölkə ordusunun mövqelərini ağır texnika ilə atəşə tutublar.
SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sonra bildirib: Tovuz, Gədəbəy və Daşkəsən şəhərlərinə qarşı yönəlmiş bu hücumlar bu gün səhər saat 4:50 dəqiqəyədək davam edib. Ermənistan qüvvələri Goranboy, Tərtər və Ağcəbədi şəhərlərindəki yaşayış massivlərini də hədəfə alıblar.
Bu məlumatda sonra deyilir ki, Ermənistan qüvvələri Azərbaycan Respublikası ordusunun cavab atəşləri ilə çox sayda ölü və yaralı verməkdən əlavə, geriyə çəkilməyə məcbur olublar.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildiribdir ki, əməliyyat məntəqələri bu ölkə qüvvələrinin nəzarəti altındadır.
Ermənistan indiyədək bu xəbəri təsdiq və ya təkzib etməyibdir.
Azərbaycan Respublikası ilə Ermənistan arasında Qarabağ savaşı cari il sentyabrın 27-dən bərpa olunub və çox sayda atəşkəs razılaşmasının imzalanmasına rəğmən, döyüşlər davam edibdir.
Dünya ictimaiyyəti Azərbaycan Respublikası ilə Ermənistanı təmkinli olmağa və döyüşləri dayandırmağa çağırsa da rəsmi Bakı açıq şəkildə Azərbaycan Respublikası ərazilərinin geri alınmasını vurğulayıbdır.