Noy 06, 2020 09:58 Asia/Baku
  • Azərbaycan Respublikasında koronavirusa yoluxanların sayı sürətlə artır

Azərbaycan Respublikasında koronavirusa yoluxanların sayı artmaqda davam edir.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, ötən sutka ərzində 1364 nəfərin koronavirusa yoluxması ilə bu ölkədə həmin virusa yoluxanların sayı altmış min 873 nəfərə çatıbdır.

Qərargahın bildirdiyinə görə, cümə axşamı günü Azərbaycan Respublikasında 1364 nəfərin koronavirusa yoluxması qətiləşibdir ki, bu rəqəm həmin ölkədə yoluxanların gündəlik sayında nadir bir hadisədir. Bu ölkədə koronavirusdan ölənlərin ümumi sayı da 794 nəfərə çatıbdır.

Azərbaycan Respublikasında COVID-19-dan sağalanların ümumi sayı isə 46 min 565 nəfərə çatıbdır.

Statistikalara əsasən, dünyada koronavirusa yoluxanların sayı 48 milyon nəfəri ötüb keçibdir ki, bu miqdardan bir milyon 200 min nəfərdən çox xəstə həyatını itiribdir.

Teqlər