Noy 07, 2020 13:24 Asia/Baku
  • Azərbaycan Ordusu daha 16 kəndi işğaldan azad edib

İlham Əliyev bildirib: "Xocalı və Xocavəndin kəndləri işğaldan azad edilib"

SəhərAzəri xəbər verir, Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli,  Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad edib.

Qeyd edək ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev özünün tvitter hesabında yazıb: "Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

 

Teqlər