Noy 15, 2020 14:58 Asia/Baku
  • Azərbaycanın məcburi köçkünları öz doğma torpaqlarına qayıtmaq əzmindədirlər

Azərbaycan torpaqlarını işğaldan azad etməsi, otuz ilə yaxındır didərginlik həyatı yaşayan məcburi köçkünlərin doğma yurda qaytarılmasına imkan yaradıb.

SəhərAzəri Bakı xəbər agentliklərinə istinadən xəbər verir, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bununla əlaqədar komitənin sədr müavini Fuad Hüseynovun məcburi köçkünlərin öz torpaqlarına könüllülük əsasında qaytarılacağı barədə söylədiyi fikir yanlış anlaşılıb və ictimai müzakirəyə səbəb olub. Halbuki, açıqlamada məcburi Köçkünlərin mütləq əksəriyyətinin öz doğma torpaqlarına qayıtmaq əzmində olduğu vurğulanaraq, onların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının məcburi köçkünlərin özləri tərəfindən arzu olunan yeganə seçim olduğu diqqətə çatdırılıb.

Azərbaycan Prezidentinin dəfələrlə bəyan etdiyi kimi, məcburi köçkünlərin öz doğma torpaqlarına, əsrlərboyu xalqın yaşadığı ərazilərə geri qaytarılması təcavüzkar və işğalçı Ermənistana qarşı aparılan mübarizənin və əldə olunan qələbənin əsas məqsədlərindəndir. Məhz buna görə də məcburi köçkünlər öz doğma yurdlarına qayıtmaq istəyirlər və onlar bunu Azərbaycan rəhbərliyinə, eləcə də Dövlət Komitəsinə son dövrlərdə yüzlərlə edilən müraciətlərində nəinki qayıtmaq, həmçinin işğaldan azad olunmuş torpaqlarda quruculuq işlərində fəal iştirak etmək əzmində olduqlarını daim bildirirlər. 

Hazırda məcburi köçkünlər bu respublika ərazisində müxtəlif yerlərdə müvəqqəti məskunlaşıblar. O cümlədən 300 mindən artıq məcburi köçkün onlar üçün salınmış qəsəbələrdə xüsusi təyinatlı dövlət mənzil fonduna məxsus yaşayış sahələrində yerləşdirilib. 

Teqlər