Azərbaycan elektrik enerjisinin ixracını yanvar-oktyabrda 18% azaldıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i369652-azərbaycan_elektrik_enerjisinin_ixracını_yanvar_oktyabrda_18_azaldıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikası 56 786,8 min ABŞ dolları dəyərində 1 188 205,99 min kVt-saat elektrik enerjisi ixrac edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 16, 2020 18:51 Asia/Baku
  • Azərbaycan elektrik enerjisinin ixracını yanvar-oktyabrda 18% azaldıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikası 56 786,8 min ABŞ dolları dəyərində 1 188 205,99 min kVt-saat elektrik enerjisi ixrac edib.

SəhərAzəri Bakı xəbər agentliklərinə istinadən xəbər verir, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin dəyəri 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9,8%, həcmi isə 18,4% azalıb.

Ümumiyyətlə, cari ilin yanvar-oktyabr aylarında elektrik enerjisinin Azərbaycanın qeyri-neft ixracında çəkisi 3,93% təşkil edib.