Noy 22, 2020 06:43 Asia/Baku
  • Rusiya humanitar yardım karvanı Dağlıq Qarabağ bölgəsinə gəldi

Rusiyanın Dağlıq Qarabağ bölgəsinə ilk humanitar yardım karvanı Xankəndi şəhərinə gəlib.

SəhərAzəri xəbər verir, Rusiya Fövqəladə Hallar Nazirliyi ilk humanitar yardım karvanının Xankəndi şəhərinə gəldiyini açıqlayaraq, deyib: 300 ton Rusiya humanitar yardımının ikinci partı bazar günü Dağlıq Qarabağa çatacaq.
Verilən məlumata görə, Dağlıq Qarabağ sakinlərinə humanitar yardım göstərmək, Rusiyanın bölgədəki nümayəndəliyinin ən vacib prioritetlərindən biridir. Bu baxımdan Moskvadan Fövqəladə Hallar Nazirliyinə bağlı 35 yük maşını ilə təxminən 350 ton yük, müharibə zamanı geniş dağıntılara məruz qalan Xankəndi şəhərinə daxil olub.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Əməliyyat Qrupunun direktoru deyib: Bu yük maşınları Xankəndi şəhəri üçün tikinti materialları və şüşə daşıyırlar. Çünki bu materiallar evlərin və infrastruktur obyektlərinin yenidən qurulması üçün lazımdır.

Teqlər