Azərbaycan Respublikası ordusu Laçına daxil olub
https://azeri.sahartv.ir/news/azərbaycan-i370262-azərbaycan_respublikası_ordusu_laçına_daxil_olub
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi dünən gecə bu ölkə ordusunun Qarabağda yerləşən Laçın rayonuna daxil olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 01, 2020 03:16 Asia/Baku
  • Azərbaycan Respublikası ordusu Laçına daxil olub

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi dünən gecə bu ölkə ordusunun Qarabağda yerləşən Laçın rayonuna daxil olduğunu bildirib.

SəhərAzəri xəbər verir, Laçın rayonu Bakının cənub-qərbindən 454 kilometr aralıda yerləşir.

Bu rayon 1992-ci ildən bəri Ermənistan qüvvələrinin ixtiyarında idi və Azərbaycan Respublikası və Rusiyanın prezidentləri, həmçinin Ermənistanın baş naziri arasında imzalanan 9 noyabr üçtərəfli razılaşmasına əsasən, dekabrın birində Azərbaycan Respublikasına geri qaytarılması qərara alınmışdı.

Ərazisi min 835 kvadrat-kilometr olan Laçın Qarabağda strateji bir bölgə, həmçinin Ermənistanla Qarabağın mərkəzi olan Xankəndi arasında başlıca birbaşa əlaqə istiqaməti sayılır.