Dek 03, 2020 15:16 Asia/Baku
  • Azərbaycan Respublikasında Zəfər Günü noyabrın 8-də qeyd ediləcək

Azərbaycand Respublikasında Zəfər Gününün tarixi dəyişdirilib.

SəhərAzəri Apa-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yaydığı məlumatda bildirilir ki, noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul edib.

"Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olub.

Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan xalqının döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, Azərbaycan dövlətinin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcək”, - deyə məlumatda bildirilir.

 

Teqlər