Qarabağ Müharibəsi zamanı Ermənistanın raket zərbələri nəticəsində həlak olan azərbaycanlılara şəhid statusu verildi
https://azeri.sahartv.ir/news/azərbaycan-i370436-qarabağ_müharibəsi_zamanı_ermənistanın_raket_zərbələri_nəticəsində_həlak_olan_azərbaycanlılara_şəhid_statusu_verildi
Qarabağ Müharibəsi zamanı Ermənistan raket hücumları nəticəsində həlak olan Azərbaycan Respublikasının həlak olmuş 49 mülkisinə şəhid statusu verilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 05, 2020 13:15 Asia/Baku
  • Qarabağ Müharibəsi zamanı Ermənistanın raket zərbələri nəticəsində həlak olan azərbaycanlılara şəhid statusu verildi

Qarabağ Müharibəsi zamanı Ermənistan raket hücumları nəticəsində həlak olan Azərbaycan Respublikasının həlak olmuş 49 mülkisinə şəhid statusu verilib.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən onların ailə üzvlərinin şəhid ailə üzvləri üçün nəzərdə tutulan hüquqları təmin olunub. 

Belə ki, Ermənistanın raket zərbələri nəticəsində həlak olan mülki şəxslərin ailələrinin 206 üzvünə müvafiq sosial təminat növləri üzrə aylıq ödənişlər təyin olunub. Onların böyük əksəriyyətinə hüquqlarına uyğun olaraq həm prezidentin təqaüdü, həm də pensiya (və ya müavinət) təyinatı aparılıb. Ümumilikdə, 206 nəfərdən 196 nəfərinə prezidentin təqaüdü, 151 nəfərinə müavinət, 40 nəfərinə pensiya təyin edilib.