Rus sülhməramlıları Qarabağda qəzaya düşdü
Dek 11, 2020 11:07 Asia/Baku
Qarabağda rus sülhməramlılarının maşınının iştirakı ilə avtoqəza olub, nəticədə avtomobilinin sürücüsü və sərnişini hadisə yerində ölüb.
SəhərAzəri Bakı xəbər agentliklərinə istinadən xəbər verir, Xankəndi-Əsgəran avtomobil yolunun 4-cü km-də avtoqəza baş verib. Məlumata görə, “Suzuki Vitara” markalı avtomobil yoldan çıxaraq Rusiya sülhməramlı qüvvələrinə məxsus avtomobillə toqquşub. Nəticədə “Suzuki”nin sürücüsü və sərnişini hadisə yerində ölüb. Onların şəxsiyyətləri araşdırılır. Qəzanın pis hava şəraiti səbəbindən baş verdiyi deyilir.