Azərbaycanda hərbi vəziyyət ləğv edildi
https://azeri.sahartv.ir/news/azərbaycan-i370682-azərbaycanda_hərbi_vəziyyət_ləğv_edildi
Azərbaycan Respublikasının Prezidentinin imzaladığı fərmana əsasən Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyət 2020-ci il 12 dekabr saat 00:00-dan ləğv edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 12, 2020 04:27 Asia/Baku
  • Azərbaycanda hərbi vəziyyət ləğv edildi

Azərbaycan Respublikasının Prezidentinin imzaladığı fərmana əsasən Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyət 2020-ci il 12 dekabr saat 00:00-dan ləğv edilib.

SəhərAzəri xəbər verir, Azərbaycanda hərbi vəziyyət ləğv olunub. Bununla bağlı  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyət 2020-ci il 12 dekabr saat 00:00-dan ləğv edilib.