Dek 21, 2020 19:37 Asia/Baku
  •  Lavrovla Bayramov telefonla danışdılar

Bu gün Rusiyanın Xarici işlər naziri ilə Azərbaycanlı həmkarı arasında telefon danışığı aparılıb.

SəhərAzəri Bakı xəbər agentliklərinə istinadən xəbər verir, bu gün Rusiyanın Xarici işlər naziri Sergey Lavrov və Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı aparılıb.

Nazirlər 10 noyabr tarixli birgə bəyanatdan irəli gələn məsələlərin icrası, eləcə də ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər.

Teqlər