Dek 22, 2020 19:23 Asia/Baku
  • Azərbaycan R-nın qaz ixracatı artıb

Azərbaycan Respublikasının təbii qaz ixracatının həcmi cari ilin on bir ayında on iki milyard kubmetr elan olunubdur ki, bu da ötən ilin oxşar dövrü ilə müqayisədə on dörd faiz artımdan xəbər verir.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasının energetika nazirliyi bildiribdir ki, cari ilin on bir ayında bu ölkə Türkiyəyə on milyard kubmetr təbii qaz ixrac edibdir ki, bu da ötən milad ilinin müvafiq dövrü ilə müqayisədə 21,1 faiz artım deməkdir.

Azərbaycan Respublikası həmçinin bu müddətdə Gürcüstana iki milyard kubmetr təbii qaz ixrac edib.

Azərbaycan Respublikasının energetika nazirliyi bu gün yaydığı məluimatda bu ölkənin cari ilin on bir ayında ixrac etdiyi təbii qazın ümumi həcmini 33,7 milyard kubmetr elan edibdir ki, öncəki illə müqayisədə 4,7 faiz artımdan xəbər verir.

Belə bir halda, Azərbaycan Respublikasının təbii qazının 16,3 milyard kubmetri BP şirkətinin podratçılığı ilə xarici şirkətlər konsorsiumu tərəfindən bu ölkənin Şahdəniz qaz yatağından çıxarılıb.

İranın milli neft şirkəti də on faiz payla Azərbaycan Respublikasının Xəzər dənizində yerləşən Şahdəniz qaz yatağının inkişaf etdirilməsi layihəsinin səhmdarlarından biridir.

Azərbaycan Respublikası həmçinin cari ilin on bir ayında 31,6 milyon ton neft çıxarıbdır ki, ötən ilin oxşar dövrü ilə müqayisədə 2,6 milyon ton azalmaya malik olubdur.

Azərbaycan Respublikasının hasil etdiyi neftin 21,6 milyon tonu Azəri-Çıraq-Günəşli qaz yataqlarından çıxarılıbdır.

Azəri-Çıraq-Günəşli qaz yataqlar BP şirkətinin podratçılığı ilə xarici şirkətlər konsorsiumu tərəfindən inkişaf etdirilir.

Teqlər