Dek 25, 2020 15:43 Asia/Baku
  • Azərbaycan Respublikası prezidenti Ermənistana xəbərdarlıq edib

Azərbaycan Respublikasının prezidenti Dağlıq Qarabağ sazişinin pozulması istiqamətində hər hansı hərəkət haqda Ermənistana xəbərdarlıq edib.

 

SəhərAzəri xəbər verir, İlham Əliyev işğaldan azad edilmiş Qubadlı və Zəngilan şəhərlərində olarkən Ermənistana belə xəbərdarlıq edib: Əgər Ermənistan tərəfdən bizə tərəf güllə atılarsa, bu işin nəticəsi çox ağır olacaq.

Azərbaycan Respublikası prezidenti həmçinin bu ölkənin Ermənistan tərəfindən işğal olunmuş kənd və şəhərlərinin dağıdılmasına toxunaraq, deyib: Biz bu rayonların bərpa edilməsi və həmin torpaqların əsas sahiblərinin geri qayıtmaları və yerləşmələri üçün lazım olan bütün tədbirləri görəcəyik.

YUNESKO təşkilatının bəyanatını tənqid edən Əliyev deyib: YUNESKO təşkilatı əsassız iddialar irəli sürüb və biz bütün xalqların abidələrini qoruyuruq.

Ermənistan və Azərbaycan Respublikası bir-birilərini Qarabağ bölgəsində tarixi və mədəni abidələri məhv etməkdə ittiham ediblər.

BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı- YUNESKO Dağlıq Qarabağın azad edilmiş bölgələrini nəzərdən keçirmək və tarixi abidələrə baş çəkmək üçün ekspertlərin göndərilməsi ilə bağlı Azərbaycan Respublikasının qeyri-konstruktiv rəftarını tənqid edibdir.

 

Teqlər