Azərbaycan Respublikasında son sutkada koronavirusa 1 519 nəfər yoluxub,
https://azeri.sahartv.ir/news/azərbaycan-i371283-azərbaycan_respublikasında_son_sutkada_koronavirusa_1_519_nəfər_yoluxub
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1519 yeni yoluxma faktı qeydə alınıb, 4471 nəfər müalicə olunaraq sağalıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 27, 2020 15:20 Asia/Baku
  • Azərbaycan Respublikasında son sutkada koronavirusa 1 519 nəfər yoluxub,

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1519 yeni yoluxma faktı qeydə alınıb, 4471 nəfər müalicə olunaraq sağalıb.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasında Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 45 nəfər vəfat edib.

İndiyədək bu ölkədə ümumilikdə 214711 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 168971 nəfər müalicə olunaraq sağalıb, 2499 nəfər vəfat edib, aktiv xəstə sayı 43241 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11764, ötən müddət ərzində isə ümumilikdə 2153562 test aparılıb.