Azərbaycan Respublikasında koronavirusa daha 772 nəfər yoluxub
Azərbaycan Respublikasında Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycanda son sutka ərzində 9 502 test aparılıb.
SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 772 yeni yoluxma faktı qeydə alınıb, 3 048 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Azərbaycanda indiyədək ümumilikdə 215 min 483 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 172 min 019 nəfər müalicə olunaraq sağalıb, 2 538 nəfər vəfat edib, aktiv xəstə sayı 40 926 nəfərdir.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.
Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb, bu ölkədə son sutka ərzində 9 502, hazırkı dövrədək isə 2 163 064 test aparılıb.