Dek 30, 2020 14:19 Asia/Baku
  • Bir qrup Türkiyə hərbçisi Azərbaycan Respublikasına göndərilib

Türkiyənin müdafiə naziri bir qrup Türkiyə hərbçisinin Azərbaycan Respublikasına göndərildiyini bildirib.

SəhərAzəri xəbər verir, Hulusi Akarın sözlərinə görə, onlar Qarabağ bölgəsində atəşkəs üzrə monitorinq mərkəzində vəzifələrini yerinə yetirəcəklər.

Akar dünən deyib: Qarabağda Rusiya və Azərbaycan Respublikası ilə birgə monitorinq mərkəzinin yaradılmasının təkmilləşdirilməsilə Türkiyə tərəfindən briqada generalı rütbəli 35 zabit və komandir dərhal işləri qəbul edəcək.

Belə bir halda, Rusiya dəfələrlə bildiribdir ki, yalnız rus sülhməramlıları Qarabağ bölgəsində yerləşəcəklər və Rusiya, Azərbaycan Respublikası və Ermənistan arasında bağlanmış son sazişin mətnində Türkiyə qüvvələrinin iştirakı məsələsi qeyd olunmayıbdır.

Teqlər