Yan 02, 2021 10:00 Asia/Baku
  • Füzuli rayonunda mülki şəxs minaya düşüb

Azərbaycan Respublikasının Füzuli rayonunda minaya düşən mülki şəxs həlak olub.

SəhərAzəri Baki xəbər agentliklərinə istinadən xəbər verir, Azərbaycan Respublikasının Baş Prokurorluqu bu baradə bildirib ki, dünən Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində olarkən minaya düşərək ayaqları amputasiya olunmuş şəxs vəfat edib. 

1 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı Babayev Zabil Qabil oğlu Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində olarkən minaya düşüb və nəticədə ağır dərəcəli bədən xəsarəti alıb. Zabil Babayev xəstəxanaya çatdırılıb. Lazımi tibbi yardımın göstərilməsinə baxmayaraq, o, aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı Azərbaycan Respublikasının prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Hazırda Azərbaycan Respublikasının prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.

Qeyd edək ki, bu hadisə ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən birgə açıqlama yayılıb. 

Orada qeyd olunur ki, dövlət qurumları tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, vətəndaşlar postlardan yayınaraq işğaldan azad olunmuş ərazilərə daxil olur və bunun nəticəsində mina və partlamamış hərbi sursat təhlükəsi riskinə məruz qalırlar.

 

Teqlər