Yan 02, 2021 15:41 Asia/Baku
  • Bu gündən bütün Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb

Bu gündən yanvarın 4-ü saat 06:00-dək bütün Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, yanvarın 18-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Qərara əsasən, 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində sərnişindaşıma də dayandırılıb.

Teqlər