Yan 06, 2021 14:18 Asia/Baku
  • İranlı millət vəkili Qarabağın işğalda olan bütün ərazilərinin azad olunmasını tələb edib

İran İslam Şurası Məclisinin milli təhlükəsizlik komissiyasının üzvü deyib: Ali Məqamlı Rəhbərin bəyanatına uyğun olaraq Qarabağın işğalda olan bütün əraziləri azad olunmalıdır.

SəhərAzəri xəbər verir, Meşkinşəhr əhalisinin təmsilçisi doktor Mahmud Abbaszadə bəyan edib ki, bəziləri Qarabağ münaqişəsinin bitməsini istəmir və yalnız öz maraqlarını güdürlər. Cənab Abbaszadə onu da vurğulayıb ki, İran İslam Respublikası Azərbaycan Respublikası ilə din, dil və mədəniyyət cəhətlərindən ortaqlıqlara malikdir.

Deputat söhbətinin sonunda deyib: sionist rejimin Qarabağ münaqişəsinə müdaxilə etməkdə məqsədi İranın sərhədlərinə yaxınlaşmaq, müsəlmanlar arasında təfriqə və qarşıdurma yaratmaqdır.”

Teqlər