Azərbaycan Respublikası Çin peyvəndinə üstünlük verir
https://azeri.sahartv.ir/news/azərbaycan-i371941-azərbaycan_respublikası_Çin_peyvəndinə_üstünlük_verir
Azərbaycan Respublikası hökuməti koronavirusa qarşı Çin vaksininin alınması və vurulmasına üstünlük verib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Yan 12, 2021 08:54 Asia/Baku
  • Azərbaycan Respublikası Çin peyvəndinə üstünlük verir

Azərbaycan Respublikası hökuməti koronavirusa qarşı Çin vaksininin alınması və vurulmasına üstünlük verib.

SəhərAzəri xəbər verir, bu ölkənin iqtisadi məsələlər üzrə vitse-prezidenti Şahmar Mövsümov bildirib ki, oxşar hallarla müqayisədə daha az yan təsiri olan Çin peyvəndinin satın alınması üçün lazımi müqavilələr bağlanıb.

Azərbaycan Respublikasının nazirlər kabineti yanında operativ qərargah bu ölkədə koronavirusa yoluxanların sayının 224 min 651 nəfərə çatdığını bildirib.

Qərargahın bildirdiyinə görə, son 24 saat ərzində koronavirus xəstəliyindən daha 19 nəfərin ölməsi ilə Azərbaycan Respublikasında bu virusdan həyatını itirənlərin sayı iki min 909, sağalanların sayı isə 208 min 681 nəfərə yüksəlibdir.

Hazırda Azərbaycan Respublikası xəstəxanalarında on üç min 61 nəfər COVID-19 xəstəsi yatır.

İndiyə qədər Azərbaycan Respublikasında iki milyon 267 min 923 koronavirus testi həyata keçirilibdir.