Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası bildirib;
"Qarabağ radioaktiv çirklənmələrdən təmizlənəcək"
AMEA-nın Geologiya və Geofizika İnstitutu Azərbaycanın işğaldan azad olunan ərazilərində müdafiə tematikası üzrə elmi-tədqiqat işləri həyata keçirəcək.
SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Çingiz Əliyev deyib ki, AMEA-nın Geologiya və Geofizika İnstitutu Azərbaycanın işğaldan azad olunan ərazilərində müdafiə tematikası üzrə elmi-tədqiqat işləri həyata keçirəcək.
O bildirib ki, bu proqramlardan biri də müasir avadanlıqlardan istifadə etməklə radioaktiv çirklənmə zonalarının müəyyənləşdirilməsi və tədqiqidir: "30 ilə yaxın işğal altında qalan ərazilərimiz ermənilər tərəfindən radioaktiv çirklənməyə məruz qalıb. Ermənistan ərazisində yerləşən Metsamor Atom Elektrik Stansiyasının tullantılarının Ağdərə və Kəlbəcər ərazisində basdırılması ilə bağlı məlumatlar mövcuddur. Qarabağda yüksək texnologiyalardan istifadə etməklə radioekoloji tədqiqatların aparılmasının planlaşdırılır".